Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhər məktəblilərin XXVI spartakiadasının bağlanış və XXVII spartakiadasının açılış mərasimi keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədli Kəsəmənli, Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov, Bakı şəhəri üzrə rayon gənclər və idman idarələrinin rəisləri, rayon ictimaiyyəti, rayonun təhsil və idman təşkilatlarının rəhbərləri, fəal gənclər və şagirdlər iştiak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları salamlayaraq, onlara rayon haqqında qısa məlumat verib. Qeyd olunub ki, Bakının mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda dövlətin gənclər və idman siyasəti layiqincə həyata keçirilir. Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər.
Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Salman Əbdülov 2013-2014-cü tədris ili müddətində keçirilmiş Bakı şəhər məktəbliləri arasında XXVI spartakiadanın yekunları haqqında məruzə ilə çıxış edib, qaliblərin siyahısını açıqlayıb.
Çıxış edən digər natiqlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov ümumi XXVI spartakiadanın proqramına daxil olan idman yarışlarında qalib gələn Nərimanov Rayon Gənclər və İdman İdarəsini təbrik edib, idmanın inkişaf etdirilməsini və kütləvləşməsini, idman sahəsində gerçəkləşdirilən dövlət siyasətini, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsini, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirləri vurğulayıblar.
Sonda Bakı şəhər məktəblilərin XXVI spartakiadasının növləri üzrə qalib gəlmiş məktəblərin müəllimləri və ümumi spartakidada I, II və III yerləri tutmuş rayon idarələri mükafatlandırılıb.

.jpg)
.jpg)
.jpg)

İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB