Musa Quliyev: "Xədicənin hərəkətlərinin arxasında ilk növbədə pul dayanır" Açıqlama

Musa Quliyev: "Xədicənin hərəkətlərinin arxasında ilk növbədə pul dayanır" Açıqlama

"Xədicə İsmayılla yanaşı, 2-3 nəfər də var ki, onlar konkret olaraq Azərbaycan xalqına düşməndilər. Düşmənçilik üçün müxtəlif üsullara əl atmaqdan belə çəkinmirlər. Təbii ki, həmin iyrənc üsulların heç biri insanlığa yaraşan hərəkət deyil". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

YAP rəsmisinin sözlərinə görə, Xədicə İsmayıl kimiləri nə qeyrət, nə namus, nə ar, nə də mədəniyyət bilmir: "Bu hərəkətlərinin arxasında ilk növbədə pul dayanır. Belə ki, Azərbaycana düşmən olan qüvvələr onları öz əllərində saxlayaraq vaxtaşırı pul verirlər. Digər tərəfdən onların genetik kökünü axtaranda görərik ki, kökləri Azərbaycana düşmən olan millətlərə gedib çıxır. Bu səbəbdən də burada izah ediləcək ayrı məntiq yoxdur. Çünki şüurlu düşünən insan heç vaxt öz millətinə qarşı düşmənçilik mövqeyindən çıxış edə bilməz".

M.Quliyev onu da qeyd edib ki, hətta Azərbaycanın açıq düşməni olan ermənilər belə onlar kimi etmir: "Bir sözlə, onların hərəkətlərinin arxasında iki faktor dayanır. İlk növbədə onlar bizə düşmən mövqedən yanaşan dairələrin əlində alətdirlər. Buna görə də həmin dairələrin vəsaiti hesabına xidmət göstərirlər. Ya da görünür onların genetik kökləri xarabdır. Bütün bu kimi hərəkətlərin hamısı Dağlıq Qarabağ probleminin həll edilməsinə mane olmaq, eləcə də Azərbaycanın regionda artan nüfuzunu kölgə salmaq cəhdlərinin bariz nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə