Elmar Məmmədyarov səfirə təşəkkürünü bildirib

Elmar Məmmədyarov səfirə təşəkkürünü bildirib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Mübarək bin Fahad Əl-Sənini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, səfir Mübarək bin Fahad Əl-Səni diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Mübarək bin Fahad Əl-Səniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə