Akif Aşırlı: "Əməkdaşlıq platformasının yaradılması olduqca vacibdir” RƏY
"İslam Ölkələri Konfransı Azərbaycanın ədalətli mövqeyi uğrunda dünyada ən çox mübarizə aparan, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğala məruz qalmasını qətnamələrində əks etdirən təşkilatdır". Bu fikirləri SİA-ya "Şərq" qəzetinin baş redakatoru Akif Aşırlı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdri Əli Həsənovun İslam ölkələri mediasını əlaqələndirəcək əməkdaşlıq platformasının yaradılması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.
Azərbaycanın da islam ölkəsi olduğunu qeyd edən baş redaktor onu da bildirib ki, əməkdaşlıq platformasının yaradılması bir çox əhəmiyyətli məsələləri qabardaraq, problemlərin həllində yardımçı rolunu oynaya bilər: "Təbii ki, Azərbaycan da islam ölkəsidir. Dini inancımıza söykənərək bu əməkdaşlığı zəruri edə bilərik. Bir sözlə, belə bir platformanın yaradılması olduqca vacibdir. Bu həm Azərbaycan reallığının dünyaya tanıdılması baxımından əhəmiyyətlidir, həm də bizim müsəlman ölkələri ilə əlaqələrmizin inkişafına çox ciddi təsir göstərə bilər".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB