MSK-nın iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq komissiyanın 29 may 2014-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məsələyə baxılıb.

Daha sonra isə seçki dairələrinin sxemi, qrafik təsviri və hüquqlarında dəyişiklik zərurəti yaradan normativ hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğunlaşdırılması, MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişiklik edilməsi, bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi müzakirə edilib.

Müzakirə olunan məsələlər səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə