Araz Əlizadə: “Onlar lənətlənmiş dostlardır”

Araz Əlizadə: “Onlar lənətlənmiş dostlardır”

"Artıq ölü qurum haqqında açıqlama vermək məni yorub". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın oktyabr ayının 12-də keçirdiyi mitinqi şərh edərkən deyib.

ASDP sədri bildirib ki, mitinqdə toplaşan adamların sayından da görünür ki, bu aksiya hətta piket səviyyəsində belə olmayıb: "Məgər görmədiniz orada nə qədər adam yığılmışdı? Beş-on nəfərlə keçirilən aksiya ümumiyyətlə cəmiyyətə heç bir təsir göstərə bilməz".

Araz Əlizadə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin, yeni seçilmiş başqanı Arif Hacılının və Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin Milli Şuranın mitinqində görünməklərinə də münasibət bildirib: "İsa Qəmbər bu vasitə ilə özünü reklam etdirib. Yəni demək istəyib ki, mən də varam. Əli Kərimli ilə Cəmil Həsənlinin isə onları etika xətrinə tribunaya dəvət etməməsi onların bir-birlərinə olan potoloji nifrətləridir. Ruslarda belə bir söz var – "Zaklyatıye druzya". Yəni, lənətlənmiş dostlardırlar. Onların yenidən bir-birlərini qəbul etmələri isə artıq mümkünsüzdür".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə