Musa Quliyev: “İcbari tibbi sığortanın tətbiq edilməsi üçün ciddi işlər görülür”
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin üçüncü müddətə ölkə başçısı seçilməsindən bir il ötsə də cənab prezidentin özünündə söylədiyi kimi başladığı işləri davam etdirir. Yəni, Prezident İlham Əliyevin yürütdüyü siyasət 2003-cü ildən başlanıb və bu siyasətin məqsədi Azərbaycanın sosial-iqtisadi inkişafını yeni dövrün tələblərinə uyğun olaraq qurmaq, ölkəmizi çiçəklənən sosial rifah dövlətinə çevirməkdir. Buna uyğun olaraq proqramlar qəbul olunub və bunlar davam edir". Bu fikirləri SİA-ya millət vəkili Musa Quliyev deyib.
M.Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin üçüncü müddətə ölkə başçısı seçilməsindən ötən bir il beynəlxalq, iqtisadi, siyasi, sosial sahələrdə bir çox əlamətdar hadisələrlə yadda qalıb: "Ötən bir il ərzində Azərbaycanın beynəlxalq miqyasda imici xeyli möhkəmlənib. Eyni zamanda Azərbaycanın hərbi sənayesinin inkişafında yeni uğurlar əldə olundu və orduda müasirləşmə və yenidənqurma davam etdi. Bu ilin iyul ayının sonu, avqustun əvvəlində cəbhədə erməni provakasiyasına layiqli cavab verilməsi, ermənilərin, onların havadarlarının yerində oturdulması göstərdi ki, Azərbaycan ordusu çox modern bir ordudur".
Millət vəkili vurğulayıb ki, ümumdünya iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın iqtisadi sahədə uğurları böyükdür: "Bu gün neftin qiyməti aşağı düşsə də Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti bəhrələrini verməkdədir. Bu ilin 9 ayı ərzində Azərbaycanda ümum daxili məhsul 6 %, əhalinin pul gəlirləri 11 %, pensiya və əmk haqqılar 10 % artıb, infiliyasiya demək olarki yoxdur. Eyni zamanda əhalinin sağlamlığına yönələn yeni layihələrin həyata keçirilməsi onu göstərir ki, cənab prezidentin bu il ərzindəki uğurlu fəaliyyəti də qarşıya qoyduğu məqsədlərin tamamilə yerinə yetirilməsinə yönəlib".
"Cənab prezident İlham Əliyev səhiyyə və sosial sahənin inkişafına daim diqqət göstərir. Məhz ölkə başçısının üçüncü prezidentlik dönəmində qarşıya qoyduğu məqsədlərdən biri əhalinin dövlət vəsaiti hesabına dispanserizasiyasının həyata keçirilməsi idi ki, bu yüksək səviyyədə həyata keçirildi. Sonuncu dispanserizasiyanın SSRİ dövründə keçirildiyini nəzərə alsaq bu çox böyük uğurdur. Bu bir tərəfdən dövlətimizin iqtisadi gücünün, digər tərəfdən isə səhiyyəmizin yeni inkişaf mərhələsinə çıxdığının əyani göstəricisidir. Eyni zamanda ölkə başçısının tövsiyyəsi ilə Azərbaycanda uşaqların məcburi dispanserizasiyası ilə bağlı qanun qəbul olundu. Bu gün isə icbari tibbi sığortanın tətbiq edilməsi üçün ciddi işlər görülür. Ölkə başçısının da dediyi kimi aparılan siyasət əhalinin sosial rifah halının yaxşılaşdırılması və Azərbaycanın 2020-ci ildə dünyanın aparıcı dövlətlərindən birinə çevirməkdir". – M.Quliyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB