Nümayəndələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Nümayəndələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 6-dan 16-dək Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya seminarı və 17-dək İstanbul şəhərində (Türkiyə) Azərbaycan Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin Türkiyə Hərbi Dəniz Qüvvələri Tərsanələrində stajkeçmə təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə