Elman Türkoğlu təhlükəsizliyinə təminat istədi AÇIQLAMA

“Xədicə İsmayıl kimilərlə erməni arasında heç bir fərq yoxdur”
Elman Türkoğlu təhlükəsizliyinə təminat istədi AÇIQLAMA

"Xədicə İsmayıl birbaşa Amerikanın, Rusiyanın və İranın kəşfiyyatına xidmət edir. Həmçinin, Əli Kərimli də casusluqla məşğuldur. İndi guya Əli Kərimlinin adamlarından həbs olunanlar var. Halbuki, küçədən keçən adam özü polisə sataşır, sonra da adını qoyur siyasi məhbus. Elə xaricə gəzməyə gedənləri götürək, onlarda özlərini siyasi mühacir adlandırır. Onların hamısı Əli Kərimlinin Fransada, Almaniyada, Kanadada, İsveçdə qurduğu qruplaşmalardır. Bircə Əli Kərimlinin özü qalıb. Bu yaxınlarda o da Azərbaycandan qaçıb gedəcək. Bu adam qatil, xəyanətkar, həm də satqındır". Bu fikirləri SƏS TV-yə açıqlamasında "Baş bayraqdar" Elman Türkoğlu deyib.

O bildirib ki, bu birləşmiş qüvvələr Xədicə İsmayılı önə çəkiblər ki, beynəlxalq aləmdə Azərbaycan dövlətini gözdən salsın: "Bunlar erməni ilə işbirliyi qururlar. Gedib beynəlxalq tədbirlərdə ermənilərlə birlikdə Azərbaycanın əleyhinə danışırlar. Belə çıxır ki, Xədicə İsmayıl kimilərlə erməni arasında heç bir fərq yoxdur".

Bayraqdar qeyd edib ki, 2011-ci ildə Xədicə İsmayıl ona qarşı MTN adından saxta sənəd hazırlamışdı. Buna görə də qanun qarşısında cavab verməlidir: "Mən Xədicəni məhkəməyə vermişəm. O nə qədər "mən məhkəmədən qorxmuram" desə də mən çalışacağam ki, o həbs olunsun. Onunla bərabər "Azadlıq" qəzetinin jurnalisti Natiq Adilovun və Əli Kərimlinin də azadlıqdan məhrum olmasına çalışacağam. Əks təqdirdə mən Daxili İşlər Nazirliyinə müraciət edəcəyəm ki, ya məni silahla təmin etsinlər, ya da bütün gücləri ilə mənim həyatımı bu təhlükəli insanlardan qorusunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə