İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib

İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev bu gün Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Xəzəryanı ölkələrin dövlət başçılarının bir neçə gün əvvəl Həştərxanda keçirilən Sammitinin regional əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb. Əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın rolu xüsusi qeyd edilib.

Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu sahələrində yaxşı perspektivlərin olduğu diqqətə çatdırılıb, bu sahədə səylərin gücləndirilməsinin önəmi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə