"Bu gün Avropa Parlamenti və "Avronest" Parlament Assambleyası haqda müsbət fikirlər deməyə əsas yoxdur. Odur ki, onlara inam iflasa uğrayıb". SİA-nın xəbərinə görə, bunu millət vəkili Azay Quliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti Şərq Tərəfdaşlıq Proqramını zədələyib: "Avronest" Parlament Assambleyasına olan inam iflasa uğradı. Buna səbəb Avropa Parlamentinin mövqeyi və selektiv yanaşmasıdır. Avropa Parlamentinin qəbul etdiyi mövcud qətnaməsi əsassız və qərəzli sənəddir. Onlar Ermənistana fərqli mövqe tuturlar. Gürcüstanda siyasi məhbuslar, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər".
A. Quliyev deyib ki, Azərbaycanda qanunlara riayət edən QHT-lərə heç bir təzyiq edilmir: "Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda məhkəmə Emil Məmmədovun işinə baxdı və o şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB