Politoloq: “Münaqişənin həlli ilə bağlı Fransa yeni təkliflərlə çıxış edə bilər” AÇIQLAMA
"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla bir araya gəlməsi növbəti mərhələdə prezidentlər səviyyəsində görüşün keçirilməsinə hesablanıb". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli deyib.
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən taktiki gediş əldə etməyə çalışırlar: "Bu istiqamətdə Rusiya prezidenti Vladimir Putinin bu ilin avqust ayının 10-da təşkil etiyi Soçi görüşü də bir reallığı ortaya çıxardı. Beləki bu görüşə Fransa və ABŞ-dan həmsədrlər dəvət almadılar. Bununla belə, Rusiya prezidenti qeyd etdi ki, o payızda növbəti dəfə prezidentlər səviyyəsində görüşün təşəbbüskarı kimi çıxış edəcək. Eyni zamanda NATO-nun Uels sammitində ABŞ Dövlət katibi Con Kerri anoloji görüş təşkil etdi. Hesab edirəm ki, bu görüşdə heç bir nəticə hasil olmadı. Həmçinin Fransa prezidenti Fransua Olland da payızda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü keçirmək niyyətindədir. O da məlum olub ki, bu görüş zamanı Fransa tərəfi yeni təkliflərlə çıxış edə bilər. Hətta bununla bağlı mətbuatda informasiyalar da yayılıb. Hesab edirəm ki, burada yeni nüansların olacağı istisna deyil.
Bu nöqteyi-nəzərdən düşünürəm ki, BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkil edilməsi, nəticə etibarilə həm də ona xidmət edir ki, münaqişənin müharibəyə çevrilməsi imkanları məhdudlaşsın. Xüsusilə bu ilin iyul ayının sonu, avqust ayının əvvəllərində Ermənistan-Azərbaycan sərhəddində və təmas xəttində baş verən məlum hadisələr həmsdərləri xeyli silkələdi. Onlar prezidentlər və XİN rəhbərləri səviyyəsində təmaslar mümkün qədər çox olmasına hər vəchlə çalışırlar. Bu təmaslar münaqişəni həll etməsə belə, ən azından onun müharibəyə çevrilməsinin qarşısını alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB