Araz Əlizadə: “Məndən olsaydı “Milli Şura”ya avtobus verərdim”

Araz Əlizadə: “Məndən olsaydı “Milli Şura”ya avtobus verərdim”

"AXCP və "Milli Şura" ölü təşkilatdır. Ölülər isə dirilmir". Bunu SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə AXCP ilə "Milli Şura"nın birləşəcəyinə dair səslənən fikirlərə münasibət bildirərkən deyib.

Partiya sədri vurğulayıb ki, onlar heç vaxt birləşə bilməz: "Əgər birləşsələr belə heç nə alınmayacaq. Çünki sıfırı sıfıra vurduqda sıfır alınır. Ümumiyyətlə, onların nə planlaşdırdıqları məni heç bir halda maraqlandırmır".

A.Əlizadə radikal müxalifətin aksiyalar keçirəcəyi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib: "Məndən olsaydı onlara aksiya keçirmək bütün şəraiti yaradardım. Hətta onlara avtobus da verərdim ki, görək, aksiyada iştirak üçün heç olmasa bir avtobus adam yığa biləcəklər?"

Bütün xəbərlər Facebook səhifəmizdə