"Müxalifətin toplantısı effekti olmayan tədbir kimi dəyərləndirilir”
"Müxalifətin ADP qərargahında keçirilən toplantısında AXCP sədri Əli Kərimlinin, "Milli Şura" nın sədri Cəmil Həsənlinin və VHP sədri Sabir Rüstəmxanlının iştirak etməməsi müxalifət daxilində mövcud problemlərin olmasından irəli gəlir". Bunu SİA-ya açıqlamasında AMİP-in funksioneri Əli Orucov bildirib.
Ə.Orucovun dediyinə görə, bu cür vəziyyət müxalifət düşərgəsində mövcud olan bir haldır: "Müxalifət düşərgəsi parçalanıb, pərakəndə bir haldadır. Onların bir qismi özünü dartıb kənara çəkir və düşünür ki, ölkənin aparıcı müxalifətidir. Bu cür ötgəmlik gündəmdə qalmaq istəyindən irəli gəlir. Ümumiyyətlə ölkə müxalifəti çox spesifik xüsusiyyətlərə malikdir. Müxalifət düşərgəsində partiya liderlərinin bir-birlərinə inamsızlığı da mövcuddur. İnamsızlığın nəticəsidir ki, arzuolunmaz hallar baş verir. ADP qərargahında keçirilən toplantıda siyasi qüvvələr yeni heç bir şey söyləmədilər. Orada olan şəxsləri uzun illərdi ki, tanıyırıq. Hətta dünənə qədər bu şəxslər bir-birlərinə qarşı ən ağıla gəlməz ittihamlar irəli sürüblər. Sabah yenə də həmin prosess davam edəcək. Bir sözlə, müxalifətin ADP qərargahında keçirilən toplantısı effekti olmayan tədbir kimi dəyərləndirilir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB