Novruz Məmmədov “Waşington Post” qəzetini tənqid edib

Novruz Məmmədov “Waşington Post” qəzetini tənqid edib

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərbin Azərbaycana qarşı kampaniya aparmasını tənqid edib. SİA bu barədə Novruz Məmmədovun "Twitter" səhifəsinə istinadən xəbər verir.

Novruz Məmmədov bildirib ki, Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya aparılır: "Bəzi, Modest Kolerov kimi özünü siyasətçi sayanlar təxribat niyyətli fikirləri ilə reytinq qazanmağı peşə hesab edirlər. Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib. Bu demokratiyadır?".

PA rəsmisi "Waşington Post" qəzetini də tənqid edib.

"Azərbaycanın harada yerləşdiyini bilmədiyi halda, bu ölkə haqqında "dəqiq məlumatları" görəsən "Waşington Post" kimdən alır?",- deyə Novruz Məmmədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə