KXCP Milli Şura ilə əlaqələrini KƏSİB?

Xəzər Teyyublu: “Milli Şuranın qərarı olmadığı üçün bu addımı atdıq”
KXCP Milli Şura ilə əlaqələrini KƏSİB?

"Demokratik Qüvvələr Birliyində (DQB) təmsil olunan 16 partiyanın timsalında bir mərkəz yaradılıb". Sözügedən fikirləri SİA-ya açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu bugünlərdə təmsil olunduğu partiyasının qərargahında AMİP, AzDP, ALP və digər partiyaların "Avropa seçimi" siyasi ittifaqı yaratmalarına münasibətini bildirərkən deyib.

KXCP rəsmisi bu görüşlərin davam edəcəyini bildirib və sentyabrın 17-də ADP-nin qərargahında növbəti görüşün baş tutacağını seyib.

Xəzər Teyyublu istisna etməyib ki, KXCP qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə Milli Şuranın tərkibində qatılmayacaq. O, bunu Milli Şuranın seçkilərdə iştirakı ilə bağlı qərarının olmaması ilə əlaqələndirib: "Bizim bələdiyyə seçkilərində iştirakla bağlı mövqemiz var. Düzdür, bizim qurum yeni yaranıb və orada təmsil olunan partiyaların qərarları da hələ ki, bəlli deyil. Çünki bu qurum seçkilərlə bağlı yaradılan qurum olmadığı üçün hələlik heç bir konkret fikir söyləyə bilmərəm. Amma bizim müəyyən proyektlərimiz də var. Biz KXCP olaraq qarşıdan gələn seçkilərdə iştirak edəcəyik. Həmçinin, yeni birlik formatında seçkilərdə iştirak etmək üçün digər partiyalar tərəfindən qərarlar verilərsə, biz də həmin qərarları da dəstəkləyəcəyik. Hər halda, KXCP özünün qərarını verib. Biz həm də Milli Şurada təmsil olunmuşuq. Milli Şuranın isə qarşıdan gələn seçkilərlə bağlı qərarı yoxdur. Orada sacədə bununla bağlı dinləmələr keçirilir. Ona görə də KXCP özü təşbaşına olaraq seçkilərə qatılmaq qərarını verib".

Xatırladaq ki, KXCP Milli Şurada təmsil olunmasına baxmayaraq, həmin qurumun tədbirlərinə qatılmır və hazırda DQB-də və Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan müdafiə komitəsində fəaliyyət göstərir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə