Gənc diplomatların növbəti müzakirəsi FOTO

Gənc diplomatların növbəti müzakirəsi FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan-Qazaxıstan xalqlararası münasibətlərin inkişafı prosesində gənclərin rolunun artırılmasını təmin etmək" beynəlxalq layihəsinin və təşkilatın nəzdində yaradılan Analitik Mərkəzin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihənin məqsədi Xalqlarımız arasında dostluq əlaqələrin inkişafı prosesində gənclərin rolunun artırılmasına yardım etmək, Azərbaycan Qazaxıstan xalqlarını bir-birinə bağlayan dəyərlərin önəmliliyini və regional inkişafın birgə əməkdaşlıq resurslarından maksimum yararlanmağın zərurliyini ictimaiyyətə çatdırmaq və geniş gənclər auditoriyasında müzakirə etməklə dostluq əlaqələrinin inkişafına töhvə vermək, Qazaxıstanlı gənclərlə azərbaycanlı gənclərin elm, təhsil, səhiyyə, turizm və s. sahələrdə əməkdaşlıq formulunun yaradılması və təcrübə mübadilələri layihələrinin davamlılığını təmin etməkdən ibarətdir.

Təqdimat mərasimində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun gənclər üzrə məsləhətçisi Rahu Qurbanova, Prezident yanında Dövlət İdaərçilik Akadmeiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev və digər qonaqlar iştirak edib.

Təqdimatı Gənc Diplomatlar Birliyinin sədri Rafət Əliyev açaraq tədbir iştirakçılarını salamlayıb və layihənin əhəmiyyəti haqqında öz fikirlərini bölüşüb. O qeyd edib ki, Azərbaycan-Qazaxıstan arasında çox yaxşı isti münasibətlər mövcuddur və ikitərəfli əməkdaşlıq getdikcə inkişaf edir.

PA rəsmisi Rahu Qurbanova diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasətimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün Cənubi Qafqazda heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşmır".

XİN sözçüsü Elman Abdullayev vurğulayıb ki, bu gün Azərbaycan Prezidentinin ətrafında hər bir diplomat, gənc səfərbər olub: "Bu gün Azərbaycan böyük bir keçid dövrünü yaşayır, Ölkəmizin nüfuzu başlıca olaraq bunu deməyə əsas verir. Təbii ki, bu biz diplomatları daha da ruhlandırır. Bu gün bizə prespektivli, güclü ölkə kimi baxılır. Azərbaycan-Qazaxıstan münasibətlərində gənclərin xüusi olaraq böyük rolu var".

Qeyd edək ki, layihənin partnyoru Qazaxıstanda fəaliyyət göstərən Heydər Əliyevçi Gənclər Təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə