Politoloq: "Nə Ermənistanın istəyi, nə də Rusiyanın güzəşti Azərbaycana lazım deyil" Münasibət
"ABŞ-da 1 milyona yaxın, Fransada isə 500 mindən çox erməni yaşayır. Bu səbəbdən də ermənilər həmin ölkənin qərarına təsir etmə imkanına malikdirlər. Buna görə də ikili yanaşmanı hər zaman müşahidə edirik". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsindən danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi, məhz SSRİ-nin dağılması ərəfəsində olub: "Qərb dövlətləri SSRİ-nin dağılmasında maraqlı idilər. Ona görə də bu hadisəyə SSRİ-nin dağılmasının bir hissəsi kimi yanaşırdılar. Lakin Azərbaycan hazırda qüdrətli dövlətə çevrildiyindən, əvvəllər tam dözülməz vəziyyəti indi müəyyən mənada müsbət dəyişmələrə çevirə bilib".
ABŞ-ın böyük sülh sazişinin hazırlanması ilə bağlı təkliflə çıxış etməsinə də münasibət bildirən R. Musabəyovun fikrincə, Azərbaycan böyük sülh sazişinin imzalanmasına tam hazırdır: "Təəssüf ki, ermənilər hələ heç sülh sazişinin müzakirəsinə belə hazır deyillər. Çünki bu vaxta kimi Ermənistan konkret sülh sazişinə baxılmasından boyun qaçırdır. Ermənilər daima təkid edirlər ki, prinsiplər əvvəlcədən razılaşdırılsın, ardınca sazişə nə vaxtsa qoşulmaq barədə düşünmək olar. Azərbaycana isə Ermənistanın istəyi və onları bu məsələdə dəstəkləyən Rusiyanın hansısa güzəştə getməsi lazım deyil. Ölkəmizə vacib olan məsələ torpaqlarımızın tezliklə işğaldan azad edilməsidir. Odur ki, konfliktin həllində müəyyən irəliləyiş yaradacaq sazişin imzalanması görüntüsü yaradacaq oyun Azərbaycanı maraqlandırmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB