Politoloq: “Minsk qrupunda ciddi və obyektiv bir dövlətə ehtiyac var”
"Bu gün ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələr tərəfsizliklərini itiriblər. Ona görə də ATƏT Minsk qrupunda ciddi və obyektiv bir dövlətə ehtiyac var". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə daha çox xristian- müsəlman toqquşmasına çevrilib: "Bu gün münaqişənin tənzimlənməsi ilə xristian dövlətləri məşğul olur. Onlardan ikisi açıq şəkildə Ermənistanı dəstəkləyir. Digəri isə müəyyən qədər sürüşkən mövqe tutaraq, son nəticədə yenə də Ermənistanı müdafiə edir. Bu nöqteyi nəzərdən problemin dərk edilməsində, ona siyasi qiymət verilməsində ciddi maneələrlə üzləşirik".
Q. Hüseynli deyib ki, bu gün ATƏT-in Minsk qrupuna üzv dövlətlər Azərbaycana təcavüz edildiyini yada salmaq istəmirlər: "Türkiyə ATƏT-in Minsk qrupuna həmsədr olarsa, bu məsələləri ardıcıl surətdə qaldıracaq".
Politoloq qeyd edib ki, bu məsələ çoxdan gündəmdə olsa da, dünyanın güc mərkəzləri Türkiyənin bu prosesə qatılmasına imkan vermirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB