Kəmaləddin Heydərov hadisə yerində olub

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xırdalanda partlayış baş verən ərazidəki son vəziyyətlə tanış olub. SİA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, nazirə son vəziyyətlə bağlı məlumat verilib.

Xatırladaq ki, bu gün Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı yarımtikilidə güclü partlayış baş verib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onların hər biri xəstəxanaya yerləşdirilib. Xəsarət alanların içərisində azyaşlıda var.

Bütün xəbərlər Facebook səhifəmizdə