Ərdoğan: "NATO-da Azərbaycana verilən vədlərin yerinə yetirilməsini tələb edəcəyik" FOTOLAR

Ərdoğan: "NATO-da Azərbaycana verilən vədlərin yerinə yetirilməsini tələb edəcəyik" FOTOLAR

"Dağlıq Qarabağ problemi gündəmimizin əsas məsələsi idi". SİA-nın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. O bildirib ki, görüş zamanı həmçinin bir sıra istiqamətlərdə bundan sonra atılacaq addımlar da müzakirə olunub.

Görüşdə enerji məsələləri ilə bağlı geniş müzakirə aparıldığını dilə gətirən Ərdoğan vurğulayıb ki, TANAP layihəsi həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyətə malikdir: "Bu, Azərbaycanın enerji sahəsində gücünü ortaya qoyması, barış xətti olması baxımından çox mühümdür. İnşaallah, bu ayın 20-də layihənin təməlatma mərasimi keçiriləcək və işlər başlayacaq. Bundan sonra proses daha da sürətlənəcək. Bu layihələrlə inşaat və boru istehsal sahəsində də inkişaf olacaq. Azərbaycandakı inkişafı dünya da heyrətlə izləyir. Bunda Prezident İlham Əliyev və komandasının böyük rolu var. Ötən dövr ərzində Azərbaycanın inkişafından məmnunam. Qardaşların güclənməsi gələcəyə ümidlərimizi də artırır".

Türkiyə prezidenti Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu bildirib: "İnşaallah, bu məqsədə çatacağıq".

Azərbaycandan sonra NATO zirvəsində iştirak edəcəyini bildirən R.T. Ərdoğan toplantıda Azərbaycanla bağlı qərar və vədlərin yerinə yetirilməsini istəyəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə