Fərəc Quliyev: "Sarkisiyanı ərköyün uşaq kimi saxlamağa dəyməz" AÇIQLAMA

Fərəc Quliyev: "Sarkisiyanı ərköyün uşaq kimi saxlamağa dəyməz" AÇIQLAMA

"Sarkisyanın Ərdoğanın inaqurasiyasına dəvət olunması tamamilə yersiz məsələdir. Abulla Gül prezident olanda da Sarkisyanı Türkiyəyə dəvət etmişdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistan Türkiyənin dövlət müstəqilliyini belə tanımır: "Ermənistan Ağrı dağın şəklini gerbinə salıb. Sarkisiyanı ərköyün uşaq kimi saxlamağa dəyməz. Biz Türkiyə ilə strateji müttəfiq, qardaş ölkələr, bir millət, iki dövlətik. Bu gün Azərbaycan torpaqları işğal altındadır. Pakistan Ermənistanı dövlət kimi tanımır, amma Türkiyə Ermənistanın terrorçu başçısını, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş adamı inaqurasiya mərasiminə dəvət edir. Bunlar yanlış məsələlərdir".

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə dəvət olunmasını Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafına şərait yaratdığını deyən millət vəkili, iki ölkənin bir-birinin mənafeyini nəzərə alaraq addım atmalı olduğunu qeyd edib: "Əgər Azərbaycan və Türkiyə bir-birini nəzərə almadan xarici siyasətdə fərqli addımlar atsa, bu, ölkələrimizə zərər edəcək. Koordinasiya olunmuş siyasət yeritməliyik. Koordinasiya üçün formatlar da mövcuddur".

O, R. T Ərdoğanın yeni kursla siyasət aparacağını, türk dünyasının, Azərbaycanın mənafeyini nəzərə alan cəsarətli addımlar atacağını gözlədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə