Mustafa Hacıbəyli: “Bunu Əli Kərimlinin özündən soruşun" AÇIQLAMA
"Əslində, bizim məsələ ilə bağlı mövqeyimiz bəllidir. Biz müdafiə komitəsində təmsil olunmaq üçün AXCP-ni də dəvət etmişdik". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, partiyaınn Ali Məclisinin üzvü Mustafa Hacıbəyli KXCP-nin qərargahında keçirilən toplantıya AXCP sədri Əli Kərimlinin qatılmamasına münasibət bildirərkən deyib.
Mustafa Hacıbəyli eyni zamanda bildirib ki, Əli Kərimlinin onların tədbirlərinə qatılmamasının səbəbini qarşı tərəfdə axtarmaq lazımdır: "Əgər onlar bizim tədbirə qatılmırlarsa, onda bunun nəyə görə baş verdiyini Əli Kərimlinin özündən soruşmaq lazımdır".
Müsavat rəsmisi daha bir maraqdoğurucu məqama toxunaraq, Milli Şuranın keçirdiyi tədbirə Müsavat Partiyasının qatıla biləcəyini deyib: "Ola bilsin ki, biz Milli Şuranın yaratdığı müdafiə komitəsinin işində iştirak edək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB