Son günlər müxalifət düşərgəsində həbs olunan hüquq müdafiəçilərinin müdafiələri ilə bağlı yaranan qalmaqal artmaqda davam edir. SİA-nın məlumatına görə, bu dəfə AXCP sədrinin müavini, Milli Şura təmsilçisi Gözəl Bayramlı qarşı tərəfi sərt şəkildə ittiham edib və onlarla birgə olmayan müxalifəti iqtidara işləməkdə suçlayıb.
"Müxalifətin son günlərdə həbs olunan hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi ilə bağlı yeni Müdafiə Komitəsi yaratmasını məqsədəuyğun hesab etmirəm"-deyə qeyd edən Cəbhə rəsmisi onu da bildirib ki, onlardan qabaq məhz Milli Şurada belə komitələr fəaliyyətə başlayıb: "Milli Şurada artıq son dövrlərdə həbs olunan bütün hüquq müdafiəçiləri və repressiyaya məruz qalan şəxslərin hüquqlarının müdafiəsini təşkil etmək məqsədi ilə Müdafiə Komitəsi yaradılıb və bu istiqamətdə fəaliyyətini də davam etdirir".
"Bu baxımdan müxalifətdə belə bir paralel təşkilatın yaradılmasına nə zərurət var, başa düşə bilmirəm?" sualını verən AXCP rəsmisi bu sualın cavanını ancaq onlarla bir yerdə olmayan komitəni yaradanlar izah edə bilər: "Çünki orada elə siyasi partiyalar var ki, onlar hakimiyyətin mövqeyini müdafiə edirlər. Onlar siyasi məhbusların mövqeyini necə müdafiə edəcəklər? Ona görə də mən belə tədbirlərin keçirilməsini və yaxud belə tədbirləri təşkil edənləri sözün düzü başa düşə bilmirəm".
Qeyd edək ki, müxalifət düşərgəsində Müdafiə Komitələrinin yaradılması ilə bağlı ikitirəlik yaranıb və burada əsas qarşıdurma AXCP-Milli Şura və Müsavat partiyaları arasında yaşanmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB