Müsavat Partiyası başqanının müşaviri Hüseyn Məlikin İsa Qəmbər tərəfinfən adıçəkilən postdan istefaya göndərilməsi, bunun ardınca isə onun partiyadan istefa verdiyini bəyan etməsi təşkilat daxilində qalmaqallara səbəb olmaqdadır. SİA xəbəbr verir ki, bir neçə nəfər müsavatçının ardınca, partiyanın Divan üzvü Tural Abbaslı da Hüseyn Məlikə qarşı bu kimi davranışın qəbuledilməz olduğunu bəyan edib.
Divan üzvü bildirib ki, o, Hüseyn Məliklə görüşüb qrarından imtina edəcəyini xahiş edəcək: "Mən partiyanın Divan üzvü kimi Hüseyn bəyin fikirlərini istefa müraciəti kimi qəbul etmirəm. Çünki nizamnamədə göstərilib ki, istefa vermək barədə ya şifahi, ya da yazılı şəkildə müraciət olunmalıdır. Nizamnamədə sosial şəbəkədə istefa verməyin mümkünlüyü qeyd olunmayıb. Ona görə də onun istefasını qəbul etmirəm. Əminəm ki, yaxın zamanlarda partiya rəhbərliyi, Divan və fərd olaraq Hüseyn bəylə görüşüb qərarından imtina etməyi xahiş edəcəyik".
Xatırladaq ki, İsa Qəmbərin adıçəkilən şəxsi müşavirlik postundan istefaya göndərməsi qarşı tərəfin Müsavat sıralarından istefa verməsi ilə nəticələnib.
Partiya kuluarlarından o da bəlli olub ki, Hüseyn Məlikin müşavirlikdən uzaqlaşdırılması onun AXCP ilə isti münasibətlərdə olması ilə də bağlıdır ki, bu da başqan İsa Qəmbərin məlum qərara glməsi ilə nəticələnib.
Qeyd edək ki, Tural Abbaslıdan öncə, İsa Qəmbərin digər müşaviri Səxavət Əlisoy da başqanın verdiyi qərarla razılaşmadığını deyib və hətta Müsavat sıralarını tərk edəcəyini istisna etməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB