Mehriban Abasquliyeva: “Açıq-aşkar görünürdü ki, Sarkisyan Soçidə dalana dirənmiş vəziyyətdə idi” AÇIQLAMA

Mehriban Abasquliyeva: “Açıq-aşkar görünürdü ki, Sarkisyan Soçidə dalana dirənmiş vəziyyətdə idi” AÇIQLAMA

"Hesab edirəm ki, Soçi görüşünün keçirilməsi vacib amil idi. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putinin bu istiqamətdəki təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin Soçidəki görüşlərini şərh edərkən deyib.

Abasquliyevanın fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin bu görüşdəki bəyanatları və irəli sürdüyü əhəmiyyətli fikirləri bir daha sübut etdi ki, Azərbaycan xalqının Qarabağ məsələsində səbri tükənib: "İlham Əliyev cənabları həmişə olduğu kimi, bu görüşdə də öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə, Cənubi Qafqazda möhkəm regional sülhün bərqərar olmasına hamıdan çox çalışdığını, amma eyni zamanda işğal altında olan torpaqların qeyd şərtsiz azad edilməsi ilə bağlı BMT-nin qəbul etdiyi dörd qətnaməsinin yerinə yetirilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini də əsas şərt kimi irəli sürüb. Əlbəttə ki, bu bəyanat Ermənistan prezidentinin növbəti dəfə uğursuz belflər etməsinə də səbəb oldu. Çünki açıq-aşkar görünürdü ki, Sarkisyan Soçidə dalana dirənmiş vəziyyətdə idi. Erməni prezidentin Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum qətnamələri qarşısındakı "əsasları"nın da ümumiyyətlə, heç bir sübutu olmadı".

"Məhz bu kimi amilləri nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, Azərbaycan dünyada artan nüfuzundan maksimum istifadə edərək, işğal altında qalan torpqalarımızı tezliklə azad edəcək", - deyə vurğulayan Mehriban Abasquliyeva son olaraq onu da qeyd etdi ki, Azərbaycan xalqında olan ruh yüksəkliyi qələbə əzmini yüksəldib: "Bu gün xalqımız öz Ali Baş Komandanının ətrafında sıx birləşərək, veriləcək qərarı gözləyir. Bu qərar isə bizi tezliklə qələbə və zəfərlərə doğru aparacaq. Buna hər kəs əmin olmalıdır".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə