Bəlli olduğu kimi, dünən KXCP-nin qərargahında keçirilən toplantıya AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli qatılmayıb. SİA-ya daxil olan məlumata görə, buna səbəb toplantıda Müsavat Partiyasının iştirakı və İsa Qəmbərin təşəbbüsü olub.
Bu arada Əli Kərimli ilə Cəmil Həsənlinin təşkil olunan tədbirdə iştirak etməməsi müxalifət partiyaları tərəfindən də narazılıqla qarşılanıb.
Partiyalar hesab edir ki, C.Həsənli həmin tədbirdə iştirak etməməsi çox ciddi mətləblərdən xəbər verir. Məsələ ilə bağlı Milli Şura sədrinin heç bir açıqlama verməməsi isə şayiələrin sayını artırır.
Lakin məsələ burasındadır ki, Milli Şura üzvlərinin özləri də Cəmil Həsənlinin bu addımının səbəbi barədə düzgün məlumat vermək istəmirlər. Hətta Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev də sədrinin niyə belə addım atması barədə məlumata malik olmadığını iddia edib. "Cəmil Həsənlinin keçirilən tədbirdə iştirak etməməsinin səbəblərilə bağlı konkret heç nə deyə bilmərəm", - deyə qeyd edən Oqtay Güləliyev inandırıcı görünməyən cavab verib: "Ola bilsin ki, işi çıxıb, ya da şəhərdən kənarda olub".
Xatırladaq ki, Müsavat Partiyası Milli Şura sıralarını tərk etdikdən sonra AXCP sədri Əli Kərimli ilə yanaşı, qurumun sədri Cəmil Həsənli də İsa Qəmbərlə arasında olan bütün sərhədləri yandırıb.
Məsələ ilə bağlı Cəmil Həsənli ilə telefon bağlantısı vasitəsilə əlaqə yaratmağa çalışsaq da onun telefonuna zəng çatmayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB