Avqustun 9-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüş keçirəcək. SİA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İlham Əliyev ilə görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının daha vacib məsələlərinin müzakirəsi, ilk növbədə energetika, investisiya və regionlararası kooperasiyalar sahəsində qarşılıqlı maraq doğuran perspektivli layihələrin irəlilədilməsi üzrə birgə addımların razılaşdırılması planlaşdırılır.
S. Sarkisyan ilə görüşdə isə iki ölkə arasında siyasi, ticari-iqtisadi və humanitar əlaqələrin gələcək inkişafı üzrə fikir mübadiləsi aparılacaq. Ermənistanın Avrasiya İqtisadi İttifaqı müqaviləsinə qoşulması prosesinə xüsusi diqqət ayrılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB