AXCP sədrinin daha bir müşaviri İSTEFA VERDİ

“Hələ iyul ayında bu barədə qərarım olub”
AXCP sədrinin daha bir müşaviri İSTEFA VERDİ

AXCP sədrinin müşaviri, 1989-cu ildən Xalq Cəbhəsi sıralarında olan Rəsul Mirhəşimli adıçəkilən siyasi təşkilatdan istefa verdiyini bəyan edib. SİA xəbər verir ki, o, bu barədə öz Facebook hesabında məlumat verib.

"Mən bu barədə qərarımı hələ iyul ayında qəbul etmişəm və həmin qərarım haqqında Əli Kərimlini məlumatlandırmışam"-deyə Rəsul Həşimli qeyd edib.

Xatırladaq ki, köhnə cəbhəçi 2000-ci ildə keçirilən parlament seçkilərində AXCP tərəfindən namizədliyini irəli sürmüşdü.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə