Politoloq: “Rusiya Cənubi Qafqaz üzərində arzuladığı oyunları oynaya bilər”
"Yaxın Şərqdə və xüsusilə də Ukraynada baş verən hadisələrin Azərbaycana təsiri böyükdür. Çünki Ukraynda gedən proseslər Rusiyanın xeyrinə cərəyan etsə, o zaman Rusiya Cənubi Qafqaz üzərində arzuladığı oyunları oynaya bilər". Bu fikirləri SİA-ya politoloq Qabil Hüseyinli Ukrayna və Yaxın Şərqdə baş verən hadisələrin Azərbaycana təsirindən danışarkən deyib.
Politoloq hesab edir ki, proseslərin Ukraynanın xeyrinə inkişaf etməsi, ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan üçün də çox önəmli presidentlərdən biri ola bilər və yəqin ki də belə olacaq. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrlik funksiyasını yerinə yetirir. Belə olan surətdə Rusiya ilə Ukrayna arasındakı münasibətlərin tənzimlənməsi üçün Azərbaycanın da üzərinə müəyyən məsuliyyət düşür".
Politoloq bildirib ki, Yaxın Şərqdə baş verənlər çox mürəkkəb proseslərdir: "Bu regionda məzhəb savaşı salıblar. Hesab edirəm ki, bu məzhəb savaşının yaradılmasında yalnız xristian dövlətlərini günahlandırmaq olmaz. Çünki burada bəzi müsəlman dövlətləri də fəaldır. Bu nöqteyi-nəzərdən də xristian dövlətlərini təqsirləndirmək lazım gəlir. Faktiki olaraq orta əsrlərdən bu yana ilk dəfədir ki, şiə və sünni məzhəbi arasında ciddi qarşıdurma baş verir. Bu qarşıdurma nəticəsində də bizə mənşə etibarı ilə çox yaxın olan türkmənlərə qarşı genosid siyasəti aparılır. Bu məsələ də Azərbaycanı çox narahat edir. Bir sözlə regiondakı və ondan kənardakı geosiyasi hadisələr Azərbaycanın xarici siyasət xəttinə də təsir edir. Ona görə də məcbur qalır ki, xarici siyasət xəttində müəyyən korrektələr aparsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB