Aydın Mirzəzadə: “Mübariz Qurbanlı cəmiyyətdə özünə böyük hörmət qazanıb”

Aydın Mirzəzadə: “Mübariz Qurbanlı cəmiyyətdə özünə böyük hörmət qazanıb”

"Prezident İlham Əliyevin 21 iyul 2014-cü il tarixli Sərəncamına əsasən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin etməsinə çox sevindim". SİA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə məlumat yazıb.

"Mübariz Qurbanlıya zəng edib, özünü şəxsən təbrik etdim. Mübariz müəllim bu vəzifəyə layiq insandır. O, bütün həyatı boyu zəhmətkeşliyi, ciddi elmi hazırlığı, müsbət insani xüsusiyyətləri ilə cəmiyyətdə özünə böyük hörmət qazanıb. O həm partiyada, həm də parlamentdə fəaliyyəti, prinsipiallığı, məsuliyyəti ilə seçilib. Onun təyinatı Prezident İlham Əliyevin hazırlıqlı və nüfuzlu ziyalılara həmişə yüksək dəyər verdiyinin bir daha təsdiqidir. Mübariz Qurbanlının prezidentin yüksək etimadını doğruldacağına inanır və ona gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə