YAP rəsmisi: “Mübariz Qurbanlı bu sahənin öhdəsindən layiqincə gələcək” MÜNASİBƏT

YAP rəsmisi: “Mübariz Qurbanlı bu sahənin öhdəsindən layiqincə gələcək” MÜNASİBƏT

"Hesab edirəm ki, Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin olunması doğru addımdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin olunmasına münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, DQİDK ölkə üçün strateji yerdir: "Mübariz Qurbanlı bu sahəyə bələd olan bir insandır. Dövlət başçsısı Mübariz Qurbanlıya böyük etimad göstərdi və onu olduqca əhəmiyyətli bir sahəyə sədr təyin etdi. O, kifayət qədər təcrübəli, savadlı, bilikli insandır. Hesab edirəm ki, Mübariz Qurbanlı bu sahənin öhdəsindən layiqincə gələcək".

Qeyd edək ki, Mübariz Qurbanlı bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin olunub. M. Qurbanlı YAP icra katibinin müavini, millət vəkilidir.

Bütün xəbərlər Facebook səhifəmizdə