Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Brüsseldə keçirilmiş beynəlxalq donor konfransında təmsil olunub. XİN-dən SİA-ya verilən məlumata görə, AIDA cari ilin may ayında Serbiya, Bosniya və Herseqovinada baş vermiş təbii fəlakətlə əlaqədar Avropa İttifaqı, Fransa və Sloveniyanın təşəbbüsü ilə 16 iyul 2014-cü il tarixində Brüssel şəhərində keçirilmiş beynəlxalq donor konfransında təmsil olunub.
Tədbirdə çıxış edən AIDA-nın rəisi Əşrəf Şıxəliyev baş vermiş təbii fəlakətin region ölkələrinə vurduğu zərəri və beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni donor ölkəsi olaraq, Azərbaycanın Serbiya və Bosniya və Herseqovinaya təcili humanitar yardım göndərdiyi barəsində məlumat verib.
O, fəlakətdən əziyyət çəkən ölkələrin əlavə humanitar yardımın göstərilməsi üçün Azərbaycan Respublikasına müraciət etdiyini qeyd edərək, hal-hazırda həmin müraciətlərə baxılmaqda olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB