"Hansısa qurumu tələsik yaradıb, sonra onu dağıtmaq, müxalifəti xalqın gözündən salmaq adətindən əl çəkmək lazımdır". SİA-nın məlumatına görə, bu fikirləri AMİP sədri Yusif Bağırzadə müxalifət daxilində yaşanan durğunluğa və partiyalarda avtoritar idarəçiliyə münasibətini bildirərkən deyib. Bağırzadə qeyd edib ki, müxalifətin bir hissəsi fikirləşir ki, aranı qarışdırmaqla, situasiyanı gərginləşdirməklə nəyəsə nail olacaq. Ancaq bu, artıq keçilmiş və özünü tamamilə doğrultmayan vasitədir.
Partiya sədri hesab edir ki, hakimiyyətə gəlmək müxalifət üçün şərt olmamalıdır: "Müxalifətin özündə avtoritarlıq mövcuddur. İstənilən vəzifədə, eyni zamanda, partiya rəhbəri kimi qalmaq avtoritarlıqdan başqa bir şey deyil. Müxalifət hər zaman islahatlar aparılmasının zəruri olduğunu iddia edir. Ancaq müxalifət islahatlara öncə öz daxilində başlamalıdır".
AMİP sədri AXCP və Müsavat partiyalarına eyham vuraraq həmin partiyaların rəhbərliyinin diktator olduqlarını da vurğulayıb: "Azərbaycanda isə avtoritar idarəçiliyə meylli müxalifət liderləri var. Onların ambisiyalarının ucbatından bu gün müxalifət birləşə bilmir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB