Elmar Məmmədyarov Riçard Morninqstarla görüşüb

Elmar Məmmədyarov Riçard Morninqstarla görüşüb

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülmüş işlər müzakirə edilib və bir sıra sahələrdə əməkdaşlıq prespektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Riçard Morninqstarıa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə