Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi
- Tahir bəy, Cəmil Həsənli iddia edib ki, Milli Şuranın növbəti sessiyasını Tbilisidə keçirəçəklər. Bu açıqlamanı Cəmil Həsənlinin növbəti şou yaratmaq cəhdi kimi qiymətləndirmək mümkündürmü?
- Müsavat Partiyası bir-iki il bundan əvvəl deyirdi ki, özünün qurultayını Tbilisi şəhərində keçirəcək. Təbii ki, bu da çox gülməli çıxırdı. Bu baxımdan, Milli Şuranın növbəti sessiyasının Tbilisidə keçiriləcəyini iddia edilməsi növbəti şou yaratmaq cəhdi kimi qiymətləndirmək olar. Ümumiyyətlə, Milli Şura nəyi ifadə edir? Kimləri ifadə edir? Hansı gücə malikdir? Milli Şuranın olan-qalan gücü də dağılıb və bir neçə yerə parcalanıb. Bu təşkilatda təmsil olunan şəxslərin böyük əksəriyyəti istefa verib. Milli Şura hansı gücün daşıyıcısıdır ki, gedib Tbilisidə hansısa qərarı verəcək və bu qərar da Azərbaycan üçün əhəmiyyətli olacaq? Söz yox ki, Milli Şura mahiyyətini və mənasını itirən bir qurumdur.
- Necə düşünürsünüz, Azərbaycanda Milli Şuranın bir necə nəfərdən ibarət olan üzvlərinə iclas keçirmək üçün şərait yaradılmırmı?
- Milli Şuranın növbəti sessiyasının Tbilisidə keçirmək istəməsi onu ifadə edir ki, güya onlar üçün Azərbaycanda şərait yoxdur. Ona görə də, gedib toplantılarını Tiblisidə keçirirlər. Bu mənasız hay-küydən başqa bir şey deyil. Onlar Azərbaycanın hər bir yerində öz iclaslarını keçirə bilərlər.
- Azad Demokratlar Partiyasının sədri seçilən Sülhəddin Əkbər də Milli Şuradan ayrıldıqlarını bəyan edib. Sizcə, bundan sonra Milli Şuranın fəaliyyət göstərməsinə lüzum qalacaqmı?
- Demək olar ki, Sülhəddin Əkbərin Milli Şura ilə soyuq münasibətinin bəlli idi. Bu baxımdan, Sülhəddin Əkbərin Milli Şuradan ayrılması təbii görünür. Əslində, Əli Kərimli ilə Mirmahmud Mirəlioğluna yaxşı münasibətlərə malik deyillər. Amma zorən Milli Şurada təmsil olunurlar. Bir-biri ilə səmimi insanlar Milli Şuranı tərk edib. O cümlədən, qeyri-səmimi insanlar isə Milli Şurada qalmağa davam edirlər. Belə olan halda Milli Şuranın hansı aktivliyindən söhbət gedə bilər? Bu gün Milli Şuranın heç bir siyasi gücü yoxdur ki, irəliliyə doğru gedə bilsin. Bu baxımdan da, Milli Şuranın mənasız, formal bir quruma çevrildiyini desək səhv etmərik.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB