Elmar Məmmədyarov həmkarı ilə bəzi məsələləri müzakirə edib YENİLƏNİB-FOTO

Elmar Məmmədyarov həmkarı ilə bəzi məsələləri müzakirə edib YENİLƏNİB-FOTO

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopezin Azərbaycana rəsmi səfəri çərçivəsində onunla görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə hər iki nazir arasında iki ölkə arasındakı münasibətlər, regional və Dağlıq Qarabağ məsələsinin müzakirə ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan və Nikaraqua xarici işlər nazirlərinin görüşünün yekunlarına dair jurnalistlərə məlumat verərək deyib ki, Nikaraqua Azərbaycanı ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət edir: "Hər iki ölkənin xarici işlər nazirləri həm ikitərəfli, həm də beynəlxalq arenada əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Nikaraqua xarici işlər naziri, həmçinin Azərbaycanı ticarət əlaqələrini inkişaf etdirməyə çağırıb. Görüşdə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin əsasının qoyulmasına dair razılıq da əldə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə