Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Ağdam rayonunda səfərdədir.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, baş nazirin müavini Ağdam rayonunda salınan 632 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan qəsəbədə aparılan tikinti-quruculuq işləri ilə maraqlanıb. Baş nazirin müavini İmamqulubəyli kəndi ərazisində məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış massivinin tikinti keyfiyyətinə diqqət yetirib.
Qeyd edək ki, 632 evdən ibarət yaşayış massivində 50 ədəd birotaqlı, 296 ədəd ikiotaqlı, 242 ədəd üçotaqlı, 44 ədəd dördotaqlı yaşayış evi inşa olunub. Qəsəbədə 440 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, 1 ədəd inzibati bina, 1 klub, 1 ambulatoriya, bir poçt binası tikilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB