Bakıda rəhbərlərin beşinci müşavirəsi keçiriləcək

Bakıda rəhbərlərin beşinci müşavirəsi keçiriləcək

İyulun 7-10-da Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə Azərbaycan Respublikasının xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə