Niyaməddin Orduxanlı: “ATƏT Xədicə İsmayıla Əli Kərimlidən daha çox hörmət qoyur” İFŞA
"Bilirsiniz, müəyyən edilmiş protokol qaydaları var. Şəxsən mən özüm hazırda Bakıda keçirilən ATƏT sessiyasının iştirakçılarından biriyəm. Yəni deputatlardan başqa orada iştirak edən digər bütün şəxslər məhz ATƏT-in özünün razılığı əsasında sessiyanın işinə qatılırlar. Bu baxımdan, bir daha nəzərə çatdırmaq istərdim ki, sözügedən tədbiri də Azərbaycan hakimiyyəti deyil, ATƏT keçirir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sosial şəbəkədə hakimiyyəti onun ATƏT-in keçirildiyi tədbirin keçirildiyi məkana buraxmaması ətrafında yazdığı qərəzli iddialara münasibətini bildirərkən deyib.
"Ümumiyyətlə, oraya çağırılan qonaqlar, partiya mənsubları, KİV nümayəndələri, müxtəlif QHT rəhbərləri ATƏT-in rəsmi icazəsi əsasında tədbirin işinə qatılırlar"-deyə xatırladan BAXCP sədrinin müavini onu da bildirdi ki, hətta burada Azərbaycan hakimiyyətinin nümayəndələrindən kimlərin iştirak etməsini də ATƏT müəyyənləşdirir: "Mən də ayın 28-dən bu tədbirin iştirakçısıyam və təhlükəsizlik işçiləri mənim də ATƏT tərəfindən verilən vəsiqəmi təftiş etdikdən sonra, adımın siyahıda olduğuna əmin olduqdan sonra içəri daxil olmağıma şərait yaratdılar. Yəni bu açıqlamanı ona görə verirəm ki, ictimaiyyət də bilsin ki, tədbirin təşkilatçısı ATƏT-dir".
Niyaməddin Orduxanlı ATƏT-in tədbirində iqtidara müxalif olan şəxslərin də olduğunu bildirib: "Eyni zamanda mən həmin tədbirdə Azərbaycandan ölkə hakimiyyətinə rəqib olan, müxalif olan kifayət qədər şəxsləri gördüm. Hətta onların arasında Xədicə İsmayıl da var idi. Yəqin Əli Kərimli bu kimi böhtanı ilə demək istəyir ki, hətta ATƏT-in özü Əli Kərimliyə Xədicə İsmayıldan az hörmət edir. Yaxud, ATƏT-də Xədicə İsmayıla Əli Kərimlidən daha çox hörmət olunur. Əgər Əli Kərimlinin o tədbirdə adı siyahıya salınmayıbsa, burada fürsətdən istifadə edib hakimiyyəti günahlandırmaq lazım deyil. Çünki bu yersiz bir ittihamdır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB