YAP rəsmisi: “Leyla Yunus kimi insanlara Azərbaycan xalqı öz yerini göstərməlidir” MÜNASİBƏT
"Leyla Yunus simasını, ləyaqətini, mənliyini ümumiyyətlə insan kimi obrazını itirmiş biridir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Leyla Yunusun qeyri-etik əməllərinə münasibət bildirərkən deyib.
Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan cəmiyyətində Leyla Yunus kimi satqın insanların yeri ola bilməz: "Bu insan "siyasi məhbus" siyahısı ilə alver edir. Leyla Yunus bununla öz satqın simasını ortaya qoyur və onu qorumağa cəhd edir.
Bildiyiniz kimi, Leyla Yunus hələ Azərbaycan Xalq Cəbhəsi, Müsavat cütlüyünün hakimiyyəti dövründə Müdafiə Nazirliyində çox məsul bir vəzifəni tutmuşdu. Bu insan hətta o illərdə belə, Azərbaycan dövlətinə və xalqına qənim kəsilib. Azərbaycan cəmiyyətinin hər bir üzvü onun yaramaz, ləyaqətsiz və şərəfsiz insan olduğunu çox yaxşı bilir. Hesab edirəm ki, onun Avropa Şurasına və digər beynəlxalq təşkilatlara təqdim etdiyi siyahının özü qeyri-ciddi və məntiqsizdir.
Leyla Yunus dünyanın bir çox ölkələrində bəzi xırda erməni və ermənipərəst, anti-Azərbaycan qüvvələrin əlində alət rolunu oynayır. Təbii ki, belə yaramaz insanlar Azərbaycanın bu qüdrətinə, gücünə heç vaxt zərrə qədər də xələl gətirə bilməz. Azərbaycan xalqı, dövləti, Vətənini sevən hər bir vətəndaş bu insanlara öz yerini göstərməlidir. Axı yaramaz və yarıtmaz adamdan başqa nə gözləmək olar? Təbii ki, heç nə!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB