Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsinin iclası keçirilib FOTO

Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsinin iclası keçirilib FOTO

ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında iyirmi üçüncü illik sessiyası bu gün öz işini ikinci sessiya üzrə Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsinin iclası ilə davam etdirib. SİA-nın məlumatına görə, iclasda gündəlikdə duran sənədlərin əleyhinə və lehinə səsvermə keçirilib.

Qeyd edək ki, ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək illik iclası iyun ayının 28-dən iyul ayının 2-dək davam edəcək. ATƏT PA-da iştirakçı ölkələr 323 deputatla təmsil olunur. İyulun 2-dək davam edəcək sessiyada ümumilikdə təqribən 500 nümayəndənin sessiyaya qatılacağı gözlənilir.

Ermənistan sessiyada 5 deputatla təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə