Prezident: “Bu, Azərbaycan əleyhinə növbəti təxribatdır” FOTO

Prezident: “Bu, Azərbaycan əleyhinə növbəti təxribatdır” FOTO

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlar atmaq fikrində deyil". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmək istəmədiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağda mövcud status-kvo vəziyyətinin saxlanılmasına çalışır: "Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bütün dünya Dağlıq Qarabağın Azərbaycan aid olduğunu qəbul etsə də, Ermənistan bununla razılaşmaq istəmir. İşğaldan 20 il keçsə də, münaqişə hələ də öz həllini tapmır. Ermənistan Dağlıq Qarabağı tərk etmək istəmir. Münaqişə tezliklə həllini tapmalıdır".

Prezident İlham Əliyev iclas zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı sualı da cavablandırıb: "Azərbaycanda siyasi məhbus yoxdur. Bu, Azərbaycan əleyhinə növbəti təxribat, ölkəmizə qarşı yönəldilmiş nəticəsi olmayan hücumdur".

Bütün xəbərlər Facebook səhifəmizdə