Cəbhədə gərginlik davam edir

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.SİA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatada bildirilir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ağstafa, Füzuli, Ağdam, Tərtər, Goranboy, Cəbrayıl və Göygöl rayonları istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə