"İrqada bu gün güclü dövlət aparatı, yaxşı hazırlıqlı ordu gücləri, güc strukturları yoxdur. Ölkə faktiki olaraq, ayrı-ayrı bölgələrə parçalanıb. Siyasi didişmələr ölkəni bərbad vəziyyətə salıbdır. Belə olan bir halda terrorçu təşkilatlardan biri sadəcə olaraq, daha yaxşı təchiz olunub, daha yaxşı hərbi intizama malik olduğuna görə digər bölgələri tez bir halda nəzarət altına ala bilir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə İŞİD terror qruplaşmasının son günlər daha geniş əraziləri nəzarət altına alması, insanları kütləvi şəkildə qətlə yetirməsi, bunun müqabilində isə dünya birliyinin susmasına münasibətini açıqlayarkən deyib.
Aydın Mirzəzadənin fikrincə, İŞİD qruplaşmasının digər ölkələrə qarşı təhdidedici bəyanatlar səsləndirməsi ciddi qarşılanmamalıdır: "Onu da qeyd edim ki, İŞİD-in digər ölkələrlə bağlı təhdidləri quru bəyanatdan başqa bir şey deyil. Güclü bir ordu, güclü bir dövlət bu terrorçu qruplaşmanı qısa bir müddətdə darmadağın edə bilər. Onun fəaliyyətinə qarşı müxtəlif dövlətlər tərəfindən bəyanatlar verilsə də, çox təəssüf ki, onun qarşısının alınması istiqamətində ciddi tədbirlər görülmür".
Millət vəkili İraqa xarici müdaxilənin nəyə görə baş verməməsini izah edib və bildirib ki, ABŞ-ın İraq məsələsində öz mövqeyini ortaya qiyması arzuolunandır: "Qonşu dövlətləri başa düşmək olar. Suriyanın özündə vətəndaş müharibəsi gedir. Türkiyə digər ölkənin ərazisi olduğuna görə, silahlı qüvvələrindən istifadə edə bilmir. Digər ərəb dövlətləri isə sadəcə, gözləmə mövqeyi tutublar. Amma burada o ölkəyə vaxtilə qoşun yeritmiş Amerika Birləşmiş Ştatları zamanında öz mövqeyini ortaya qoya bilərdi. Eyni zamanda çox arzuolunandır ki, ABŞ bu məsələdə öz son sözünü desin. Verilən məlumatlara görə, son dövrlərdə ABŞ rəhbərliyi məlum məsələlərə görə, İraq höküməti ilə danışıqlar aparır. Hər halda hesab edirəm ki, İŞİD-in fəaliyyətinə çox da uzaq olmayan bir dövrdə ABŞ-ın iştirakı ilə bir nəticəyə gəlinəcək. Çünki İŞİD təkcə İraq üçün deyil, bütün region üçün təhlükə mənbəyinə çevrilib".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB