İnqlab Nəsirov Ali Məhkəmənin hakimi təyin edilib FOTO

İnqlab Nəsirov Ali Məhkəmənin hakimi təyin edilib FOTO

Bu gün Milli Məclisin növbədənkənar iclasında İnqlab Maşallah oğlu Nəsirov Ali Məhkəmənin hakimi təyin edilib. SİA-nın xəbərinə görə, iclasda həmçinin Zərbəli Şirinbala oğlu Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Millət vəkilləri digər səsvermə ilə Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edib. Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclis eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifədən azad edib

Qeyd edək ki, bu hakimlər iş yerlərini dəyişdirilməsi ilə əlaqədar vəzifələrindən azad olunmaları üçün ərizə yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə