Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyi Təhsil Nazirliyi ilə birgə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin sərgisi açılıb. SİA-nın məlumatına görə, müsabiqədə məktəblilərin əl işləri nümayiş olunub.
Sərgidə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, nazirliklərin, Akademiyanın yüksək rütbəli zabitləri və media nümayəndələri iştirak edib.
Müsabiqəbin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.
Əvvəlcə qonaqlar Akademiyanın həyətində Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri düzərək, dahi şəxsiyyətə dərin ehtiramlarını bildiriblər.
Bundan sonra Akademiyanın foyesindərespublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblilərinin iştirak etdiyi müsabiqəyə "Rəsm", "Plakat", "Əl işi", "Yumşaq oyuncaq", "Yanğın qəza-xilasetmə texnikasının modeli" və "Şeir" nominasiyaları üzrə işlər təqdim olunub.
Daha sonra mərasim Akademiyanın akt zalında davam etdirilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərasimi açıq elan edərək deyib ki, artıq bir neçə ildir ki, bu tədbirlər həyata keçirilir: "Bu gün təşkil olunan sərgi özünəməxsusluğu ilə seçilir.
Azərbaycan seymsik və sürüşmə zonasında yerləşir. Hər birimiz bu fəlakətlərin təbiətə, cəmiyyətə vurduğu zərərlərin zaman-zaman şahidi olmuşuq. Bu sərginin təşkilin əsas məqsədlərindən biri də odur ki, bu kimi fövqəladə hallara daim hazır olaq. Uşaqlarımız bilməlidir ki, hər hansı bir qəza baş versə, özünü və ətrafındakıları necə xilas etməlidir. Hesab edirəm ki, bu baxımdan bu sərginin böyük əhəmiyyəti var. Arzu edirəm ki, bu kimi sərgilər ayrı-ayrı məktəblərdə keçirilsin və dərs vəsaitlərində yer alsın. Bu gün ölkəmiz günü-gündən inkişaf edir.
Azərbaycan enerji, qaz, neft və s. sahələrində getdikcə inkişaf edir. Bunu hər birimiz görür və şahidi oluruq. Azərbaycan Prezidentinin çıxışlarında da vurğulanıb ki, ölkəmiz öz iqtisadiyyatını inamla irəliyə doğru aparır. Cənab İlham Əliyevin bizim qarşımızda qoyduğu vəzifə cəmiyyətimizin təhlükəsiz həyatla təminatına yardımçı olmaqdır".
Təhsil naziri Mikayıl Cabbarov çıxışnda müsabiqənin əhəmiyyətindən danışıb: "Bu müsabiqə gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, fövqəladə hallarla bağlı təbliğatın aparılması məqsədini daşıyır. Sərgidə nümayiş olunan əl işləri göstərdi ki, gələcəyimiz əmin əllərdədir və bu kimin tədbirlərin keçirilməsinə böyük ehtiyac var".
Gənclər və idman naziri Azad Rəhimov isə qeyd edib ki, bu müsabiqə gənclərimizin düz yolda olduğunu göstərir: "Eləcə də bu müsabiqə istedadlı uşaqların ortaya çıxmasına yardım edir. FHN-nin sahələri çoxdur. Uşaqlar bu sahələrlə məşğul olmaqla, FHN-la yaxından tanış olurlar. Bu təşəbbüsü irəli sürənləri və təşkilatlçıları, o cümlədən müsabiqənin qaliblərini təbrik edirəm".
Daha sonra qeyd edilib ki, rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin təşkilat komitəsinə 345 rəsm, 211 plakat, 127 əl işi, 81 model, 67 yumşaq oyuncaq və 63 şeir təqdim olunub. Bu işlər FHN, TN, Rəssamlar və Bəstəkarlar İttifaqları, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. İştirakçılardan 23 nəfəri 1-ci yer, 32 nəfər 2-ci yer və 23 nəfər isə 3-cü yer tutub. 26 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb.
Sonra müsabiqənin qalibləri elan olunub. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB