Erməni politoloq: “Ermənistan heç bir müharibədə qalib gələ bilməyəcək".
"Rusiyaya elə gəlir ki, Qarabağ problemi artıq həll olunub. Rusiyadan Dağlıq Qarabağın müstəqilliyini tanımağı gözləmək gülünc olardı. SİA-nın xəbərinə bu sözləri erməni politoloq İqor Muradyan Galatv.am-a açıqlamasında deyib.
O bildirib ki, Rusiyanın əsas məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyinə üzv olmağa məcbur etməkdir: "Ermənistan Rusiyanın siyasi-iqtisadi blokunun tamhüquqlu üzvü ola bilməyəcək. Bu qurum KTMT kimi yarımçıq qalacaq. Rusiya heç vaxt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyəcək. Ümumiyyətlə bu münaqişə rus düşüncə tərzinə uyğun deyil".
Politoloq həmçinin müharibə olacağını da deyib: "Heç şübhəsiz ki, müharibə olacaq. Lakin müharibə zamanı ABŞ və NATO Ermənistana kömək etməyəcək. Ermənistan beynəlxalq təcrid vəziyyətindədir. Bu amil müharibə başlayarsa Azərbaycan və Türkiyə üçün vacib fakt olacaq. Nə vaxta qədər Ermənistan Rusiyadan asılı vəziyyətdə olacaq, o vaxtadək də qoşulduğumuz heç bir müharibədə qalib gələ bilməyəcək".
İqor Muradyan həmçinin bildirib ki, əgər Azərbaycan Madrid prinsiplərini qəbul etsə Ermənistan bundan uzum müddət imtina edə bilməyəcək: "Bundan sonra hadisələr çox sürətlə cərəyan edəcək. Ermənistan öz prinsiplərini yeridən kiçik kalibrli oliqarxların ölkəsinə çevrilib. Bu isə faciə öncəsi son mərhələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB