Əli Əliyev: “Eldəniz Quliyevin cəzalandırılması fikrindən əl çəkməyəcək”

Əli Əliyev: “Eldəniz Quliyevin cəzalandırılması fikrindən əl çəkməyəcək”

"İddiamızdan əl çəkməyərək yenidən Eldəniz Quliyev barəsində məhkəməyə müraciət edəcəyik. Faktlar isə dəyişməz qalır. Eldəniz Quliyev bizi təhqir etdiyi üçün hüquqi müstəvidə cəzasını almalıdır. Hazırkı mərhələdə isə yenidən məhkəmənin iddiamızı qəbul etməməsi ilə bağlı istinad etdiyi çatışmazlıqlar aradan qaldırılır". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Məhkəmənin "EL"hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevin xeyrinə qərar çıxarmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Məhkəmədən, onlardan xahiş olunur ki, iddiamızdan geri çəkilək: "Biz onlara izah etmişik ki, həmin şəxsi hüquq müstəvisində cəzalandırmaq iddiasındayıq. Bu baxımdan istisina etmirəm ki, E.Quliyevi himayə edən daxili və xarici qüvvələr var".

Bütün xəbərlər Facebook səhifəmizdə