Polkovnik Abdulla Qurbani: “Fikrət Məmmədov mərdliklə, qəhrəmanlıqla həlak oldu”

Polkovnik Abdulla Qurbani: “Fikrət Məmmədov mərdliklə, qəhrəmanlıqla həlak oldu”

"Kapitan Fikrət Məmmədov Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinin yetirməsidir. Onun həyatı uşaqlıqdan çox keçməkeşli, çətin və ağrılı-acılı olub". SİA-nın məlumatına görə, bunu bu gün kapitan Fikrət Məmmədovun dəfn mərasimində iştirak edən Polkovnik Abdulla Qurbani jurnalistlərə açıqlamasında bildirib.

Polkovnik deyib ki, belə bir məsələ var: ""Qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur və qəhrəmanlıq əbədi həyat qazandırır". Fikrət Məmmədov gənc olmasına baxmayaraq o, 32 yaş ömür yaşadı. O, özünü əsl bir igir bir zabit kimi təsdiq etmişdi. Fikrət Məmmədov hələ sağlığında 4 medalla təltif olunub. Onun hələ gələcək qəhrəmanlıqları, ömrünə yazılan rəşadət, şücaət səhifələri gələcəkdə yazılacaqdı. Amma nə etməli ki, hər gün atəşkəs rejimini pozan erməni silahlı qüvvələrinin təxribat-diversiya qruplarının qarşısını alarkən Fikrət Məmmədov mərdliklə, qəhrəmanlıqla həlak oldu. Biz bircə onda təsəlli tapırıq ki, bu gün Fikrətlərin, bir-bir itirdiyimiz şəhidlərin səngəri boş qalmır. Onları əvəz edən yüzlərlə və minlərlər oğullarımız var. İndi onun evində bir körpə qızı və oğlu Rəsul böyüyür".

Bütün xəbərlər Facebook səhifəmizdə